Üç il əvvəl dünyasını dəyişən müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Broun evinin vanna otağında huşsuz halda tapılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın cənub-şərqindəki Atlanta şəhərində yaşayan Bobbini həyat yoldaşı Nik Qordon dərhal xəstəxanaya aparıb. Həkimlər qızın süni komaya girdiyini deyib. Onlar Braunun qanında narkotik maddə və spirtli içki aşkarlanmadığını söyləyiblər. Komanın əsl səbəbi haqqında ətraflı açıqlama verilmir.
Qeyd edək ki, Uitni Hyuston qaldığı otelin vanna otağında ölmüşdü.