Müftinin müavinini də öldürdülər
17 avqust 2014 10:13 (UTC +04:00)

Müftinin müavinini də öldürdülər

 Vladikavkazda Şimali Osetiyanın müftisinin müavini Rəsul Gamzatov güllələnib.

 

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiya DİN-in Şimali Osetiya üzrə Baş İdarəsi bildirir ki, qətl müfti maşından enib evinə doğru gedərkən törədilib.

 

Qatil müftiyə arxadan hiss olunmadan yaxınlaşaraq boyun hissəsindən atəş açıb.

 

Hadisə yerində əməliyyat axtarış qrupu çalışır.

 

Xatırladaq ki, 2012-ci ilin dekabr ayında Vladikavkaz Məscidinin əvvəlki İmamı İbrahim Dudarov qətlə yetirilmişdir, lakin cinayət işinin üstü hələ də açılmamış qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar