Müdafiə nazirinin evinə hücum oldu
09 iyun 2015 03:35 (UTC +04:00)

Müdafiə nazirinin evinə hücum oldu

0

Çexiyada naməlum şəxslər müdafiə naziri Martin Stropnitskinin evinə  yandırıcı maye ilə dolu şüşə qablar atıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çexiya televiziyası xəbər verib.

 

Hücum zamanı müdafiə nazirinin ailə üzvləri evdə olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Martin Stropnitskinin yaşadığı ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Polis cinayətkarların axtarışına başlayıb.

 

Nazir  hadisənin baş verməsini "peşə fəaliyyəti" ilə əlaqələndirib.  “Baş vermiş hadisə dəyərlərimizə qarşı çıxış edən müxtəlif qrupların radikallaşdığını təsdiqləyir”, deyə M. Stropnitski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar