Mübarəkin hökmü təxirə salındı
Misir məhkəməsi eks-prezident Hüsnü Mübarəklə bağlı hökmün çıxarılmasını təxirə salıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Misirin keçmiş prezidenti Hüsnü Mübarək və iki 2 oğlunun, o cümlədən keçmiş daxili işlər naziri Həbib əl-Adil və onun 6 köməkçisinin, "nümayişçilərin öldürülməsi" ittihamı üzrə hökm noyabrın 29-da veriləcək.
Qahirə Cəza Məhkəməsinin hakimi Mahmud ər-Raşidi, hökmlə bağlı sənədlərin tamamlanmaması səbəbindən məhkəmə iclasının təxirə salınmasına qərar verildiyini söyləyib.
Bu arada Polis Akademiyası qarşısında 2011-ci ilin yanvarın 25-də baş verən toqquşmalarda ölənlərin yaxınları və Mübarək tərəfdarları arasında qarşıdurma yaşanıb.
784