2013-cü ilin payızında Misirdə müxalifətin təşkil etdiyi yürüşdə iştirak edən demokratik düşərgənin 25 fəalın işi bağlı Qahirə məhkəməsi qərarı çıxarıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, mühakimə edilənlərdən biri blogger Əlaəbd əl-Fəttahdır. O, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilabın liderlərindən olub.
Əl-Fəttah və onunla birlikdə aksiyada iştirak edənlər “suçlarını etiraf edib”. Məhkəmə ona 15 il iş kəsib. Bu hökm qiyabi çıxarılıb.
Əl-Fəttah Misirin yeni prezidenti, feldmarşal əs-Sisinin müttəfiqlərindən sayılır. Blogger 2014-cü ilin martınadək həbsdə saxlanılıb. Sonra sərbəst buraxılıb. Onun yenidən həbsxanaya salınacağı hələlik bilinmir.