APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, analoji ittihamla günahkar bilinən Mübarəkin oğulları Əli və Camal isə 4 il həbs cəzası alıblar. Məhkəmə ata və oğullarını təxminən 3 milyon dollar cərimələyib və onların dövlətə vurduqları 17,6 milyon dollar həcmində ziyanı ödəməsi barədə qərar qəbul edib.
Cinayət işi dövlət saraylarının restavrasiyası ilə bağlı idi. İş üzrə məhkəmə prosesi bu ilin fevralında başlayıb.
Hazırda H. Mübarək 86 yaşındadır. O, 2013-cü ilin avqustundan bəri Qahirədəki hospitalların birində müalicə olunur.