Bostonun “RR Auction” hərrac evində hərraca çıxarılan Avstriyanın dahi bəstəkarı Volfqanq Amadey Motsartın məktubu 217 min dollara satılıb. Lent.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, avstriyalı botanik və bəstəkarın yaxın dostu Nikolaus Jakenə ünvanlanmış 1 səhifəlik məktub Motsart tərəfindən 1786-cı ildə yazılıb.
Məktubda Motsart Jakendən üç partituru ona qaytarmağı xahiş edir.
Alıcının kimliyi barədə məlumat verilmir.