Moskvaya 1,7 milyon dollar gətirən azərbaycanlı saxlanılıb
14 avqust 2015 17:02 (UTC +04:00)

Moskvaya 1,7 milyon dollar gətirən azərbaycanlı saxlanılıb

0
 Moskvada “Şeremetyevo” aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA-nın “Moskva xəbərləri” agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan həmyerlimiz müvafiq gömrük bəyannaməsində 1 milyon dolları qeyd edib.

 

Baxış keçirilərkən isə çantada əlavə 700 min dollar aşkarlanıb. Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.

 

Qeyd edək ki, saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar