Rusiyanın Moskva şəhərində yaşayan Veronika Surkova azərbaycanlı atasını axatır.
Lent. az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, rusiyalı qız sosial şəbəkədə atasının əslən Tovuzun Cəlilli kəndindən olduğunu və ondan xatirə olaraq yalnız bircə şəklinin qaldığını qeyd edib.
“Mən atamı axtarıram. Həyatımın əksər hissəsində onu görməmişəm. Nə üzünü, nə də səsini xatırlayıram. Ondan yeganə qalan aşağıdakı şəkil, bir də anamın xatirələridi. Onun adı Mustafayev Vahiddir. 54 yaşı olmalıdır. Azərbaycanın Tovuz rayonundakı Cəlilli kəndində doğulub”.