Moskvada taksi sürücüsü yatmış sərnişini zorladı
03 fevral 2016 23:36 (UTC +04:00)

Moskvada taksi sürücüsü yatmış sərnişini zorladı

0

Moskvada sərnişinin zorlanmasında şübhəli bilinən taksi sürücüsü həbs edilib.

 

Lent.az-ın “oxu.az”-a istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin fevralın 3-də yaydığı məlumatda bildirilir. Məhkəmə istintaqın müvafiq vəsatətini təmin edib.

 

İstintaqın versiyasına görə, yanvarın 31-də taksi sürücüsü 32 yaşlı qadın sərnişinin yuxuya getməsindən istifadə edərək Potapovsk küçəsində avtomobili park edib və qadını zorlayıb.

 

Lakin bəzi Ruisya KİV-ləri istintaqın bu versiyası ilə razı deyillər.

 

RF-in bir sıra mətbuat orqanları qadının taksi sürücüsünün pulunu vermək istməməsindən sonra onlar arasında dava baş verdiyini, və dava zəmnində kişinin qadına qarşı cinsi zorakılıq etməsi barədə yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar