Moskvada sovet liderləri – Vladimir Lenin və İosif Stalinin oxşarları arasında “Oxotnıy ryad” metsostansiyası yaxınlığında dava düşüb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, yerli milis şöbəsinə Manej meydanında Leninin oxşarı işləyən İqor Qorbunovdan şikayət daxil olub.
Onun sözlərinə görə, Stalinin oxşarı işləyən vətəndaş Lətif Vəliyev həmin meydanda mübahisədən sonra ona 3 dəfə belindən çətirlə zərbə vurub.
Qeyd edək ki, kafedə iki mərhum liderin oxşarı arasında peşəkar mövzuda mübahisə düşüb. Zərərçəkən “Lenin” yumşaq toxumaların əzilməsi üzündən poliklinikaya müraciət edib. Eyni zamanda milisə “Stalin”dən şikayət edib.
Əlavə edək ki, Lətif Vəliyev azərbaycanlıdır.