Moskvada polisi öldürən azərbaycanlı həbs olundu
30 may 2015 22:58 (UTC +04:00)

Moskvada polisi öldürən azərbaycanlı həbs olundu

Moskvanın Çertanov məhkəməsi polis əməkdaşı Andrey Bannovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Nemət Rəşidovun həbsi barədə vəsatəti təmin edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə hakim bildirib.  

 

“Nemət  Rəşidov barəsində iki ay müddətinə, yəni iyulun 27-dək, həbs qətimkan tədbiri seçilsin”, deyə hakim bildirib.

 

Müttəhim həbsi ilə bağlı heç bir etiraz bildirməyib.  

 

Bundan əvvəl polis əməkdaşının qətlində şübhəli şəxs qismində saxlanılan Nemət Rəşidova ittiham təqdim edilmişdir.  

 

Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində ödəniş terminalını oğurlamaqda şübhəli bilinən şəxsin olduğu “Qazel” avtomobilini təqib ediblər.

 

Moskva dairəvi yolunun 24-cü kilometrliyində “Qazel” patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.

 

Törətdiyi cinayətə görə Nemət Rəşidov 20 il həbs cəzasına məhkum edilə  bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar