Moskvada irimiqyaslı reyd keçirilib: 455 miqrant saxlanıldı
19 oktyabr 2014 01:32 (UTC +04:00)

Moskvada irimiqyaslı reyd keçirilib: 455 miqrant saxlanıldı

0

Moskvada keçirilən reyd nəticəsində 450-dən xarici vətəndaş saxlanılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, reydin məqsədi cinayətkarların aşkarlanması və miqrasiya qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasıdır.

 

Saxlanılanlar arasında Orta Asiya ölkələrinin, Rusiyanın Şimali Qafqaz federal dairəsinin, həmçinin MDB-nin keçmişdə üzvü olmuş dövlətlərdən birinin və Belarusun nümayəndələri var.   

 

Reydə Moskvanın Şimal-şərq inzibati dairəsinin bütün polis qüvvələri, OMON dəstəsi və Rusiya DİN daxili qoşunların 150 əməkdaşı cəlb olunub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1139

Oxşar yazılar