Moskvada ictimai nəqliyyatda gediş haqqı fevralın 1-dən orta hesabla 7 faiz artırılıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Nəqliyyat Departamenti rəhbərinin müavini Alina Bisembayeva bildirib.
Belə ki, şəhər nəqliyyatının bütün növlərində istifadə olunan vahid gediş biletinin qiyməti bir gediş üçün 40 rubldan (45 qəpik) 50 rubladək (57 qəpik), iki gediş üçün isə 80 rubldan (90 qəpik) 100 rubladək (1 man 14 qəpik) artıb.
Qeyd edək ki, Moskvada ictimai nəqliyyatda gediş haqqı bundan əvvəl ötən ilin iyunun 1-də artırılmışdı.