Moskvada üzərində Ermənistan bayrağı olan 40-dan çox avtomobil saxlanılıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, maşınların sürücüləri və onların sərnişinləri odlu silahdan atəş açmaqda şübhəli bilinirlər.
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hadisə Moskvanın Leninqrad prospektində baş verib. Ermənilər avtoyürüş etməyə cəhd göstəriblər.
Bəzi avtomobillərdən atəş açıldığı bildirilir.
Hazırda polis həmin avtomobillərdə axtarış aparır.