Moskvada erməni “ekstrasens” üç qadının qətlində ittiham olunur
10 aprel 2014 21:03 (UTC +04:00)

Moskvada erməni “ekstrasens” üç qadının qətlində ittiham olunur

Moskva şəhər məhkəməsi erməni millətindən olan Georgi Martirosyan üç qadının qətlində suçlu bilib. Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, “maq”  adı ilə həmin qadınların etimadını qazandıqdan sonra cinayəti törədib.

 

43 yaşlı Moskva sakini G.Martirosyanın cinayət işi üzrə istintaq materialında bildirilib ki, 2011-ci ilin sentyabrından 2012-ci ilin yanvarınadək o, qadınların pullarını ələ keçirmək məqsədi özünü “ekstrasens” kimi təqdim edib.

 

Məlumata əsasən, müttəhim həmin qadınların 4, 5 milyon rublun mənimsəyib. “Ekstrasensin” yaşadığı mənzildə axtarış zamanı 6,6 q heroin aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772
avatar

Oxşar yazılar