Moskvada 7 avtomobil yandırılıb
01 oktyabr 2015 14:54 (UTC +04:00)

Moskvada 7 avtomobil yandırılıb

0
Moskvanın cənubunda 6 mikroavtobus və bir yük maşını yandırılıb.

 

APA-nın “Moskva” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov məlumat verilib.

 

Oktyabrın 1-nə keçən gecə naməlum şəxslər Dorojnaya küçəsində açıqhavada park edilmiş nəqliyyat vasitələrini yandırıblar. Yanğının qarşısı 27 dəqiqə ərzində alınıb. İnsident nəticəsində heç kim xəsarət almayıb.

 

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi (mülkiyyətin qəsdən məhv edilməsi və xəsarət yetirilməsi) əsasında cinayət işi açılıb. Polis yanğını törədənlərin kimliyini və hadisənin motivlərini araşdırır.

 

Qeyd edək ki, oxşar hadisə 2014-cü ilin noyabrında Moskvadakı dayanacaqlardan birində baş vermişdi. Naməlum şəxslər 12 bahalı avtomobili yandırmışdılar. Dəyən zərərin həcmi isə 100 milyonlarla rubl həcmində qiymətləndirilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar