Moskvada 5 ay ərzində 3500-dən çox maşın qaçırılıb
12 iyun 2015 05:04 (UTC +04:00)

Moskvada 5 ay ərzində 3500-dən çox maşın qaçırılıb

0

Cari ilin 5 ayı ərzində Moskvada 3523 avtomobilin qaçırılması və oğurlanması faktı qeydə alınıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Avtomobil Müfəttişliyinin (RDAM) açıqlamasında bildirilir.     

 

Qeyd olunan müddət ərzində axtarışda olan nəqliyyat vasitələrindən 2026-sı aşkarlanıb, onlardan 1521-i daha əvvəl qaçırılan və oğurlanan avtomobillərdir.   

 

Cinayətlərin təhlili nəticəsində müəyyən olunub ki, avtomobil qaçırılması hallarının 52 faizi gecə, 13 faizi gündüz, 5 faizi axşam və 4 faizi səhər saatlarına təsadüf edib. Belə halların 26 faizində cinayətin törədilməsi vaxtı müəyyən edilməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar