Moskvada oğurluq edən azərbaycanlı qadın tutulub. Lent.az-ın məlumatına görə, Krasnoselsk rayonu Verxnaya küçəsi 3 A-da yerləşən “Aşan” mağazasından 2900 rubl (52 manat) pul oğurlanıb. Mağazada olan nəzarət kamerası vasitəsi ilə oğru tapılıb. Həmin şəxs Azərbaycan vətəndaşı olan 24 yaşlı qadın imiş.
Şübhəli şəxsin Rusiyadan çıxışı yasaqlanıb. Faktla bağlı cinayət işi açılıb.