Moskva Suriya müxalifətinə kömək etməyə hazırdır
24 oktyabr 2015 23:12 (UTC +04:00)

Moskva Suriya müxalifətinə kömək etməyə hazırdır

0

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın Suriyada İŞİD-ə qarşı vuruşan “Azad Suriya Ordusu” müxalifət qruplaşmasına havadan dəstək verməyə hazır olduğunu bildirib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Sergey Lavrov “Vesti v subbotu” televiziya verilişində deyib.

 

Lavrov Rusiyanın Suriyada bütün siyasi qüvvələr ilə təmas quran yeganə ölkə olduğunu qeyd edib: “Biz konkret olaraq tək Bəşər Əsədin və ya tək müxalifətin maraqlarını  nəzərə almaq istəmirik. Biz, bütövlükdə, Suriyanın maraqlarını nəzərə almaq istəyirik. Suriya üçün dinc şəraitin yaradılması, müharibənin tezliklə başa çatması, terrorçuların Dəməşqdə və yaxud ölkənin hər-hansı  hissəsində hakimiyyəti ələ ala bilməməsi vacibdir”.     

 

Qeyd edək ki, Rusiya XİN rəhbəri bu gün misirli həmkarı Sameh Şükri ilə Suriya münaqişəsinin  nizamlanmasında əməkdaşlığa dair razılığa gəliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar