Rusiya Kanadanın Moskvadakı səfirliyinin birinci katibini ölkədən çıxarıb. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, buna səbəb Rusiyanın Ottavadakı səfirliyinin hərbi attaşesi köməkçisinin Kanadadan qovulmasıdır.
“Aprelin 22-də Kanadanın Moskvadakı səfirliyinə bildirilib ki, diplomatik missiyanın birinci katibi Marqartia Atanasova Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilir”-deyə, mənbə qeyd edib.
Xatırladaq ki, aprelin birinci on günlüyündə Kanada hakimiyyəti Rusiyanın Ottovadakı səfirliyinin əməkdaşı podpolkovnik Yuri Bezlerə ölkəni tərk etmək üçün iki həftə vaxt verilmişdi.
Kanada hakimiyyəti bu addımının səbəbini açıqlamasa da, qərbdəki informasiya vasitələri bunu Rusiyanın Krımı ilhaqı ilə əlaqələndirirlər.