Rusiya və Ukrayna təbii qazla bağlı Stokholm arbitraj məhkəməsinə müraciət etməməyi qərara alıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “Qazprom”-un başçısı Aleksey Miller uyğun bəyanatlı çıxış edib.
Onun sözlərinə əsasən, Ukrayna tərəfi Rusiyanın təbii qazı üçün Avropa Birliyinin energetika üzrə komissiyasının təklif etdiyi qiymətə (350-390 dollar) razıdır.
Miller qeyd edib ki, iyunun 9-dək “Qazprom” Ukrayna tərəfi ilə “mavi yanacağın” pulunun öncədən ödənilməsi haqda möhlətin uzadılmasına dair razılıq əldə edə bilər.