Avropa Birliyi və ABŞ-ın sanksiyalarına cavab olaraq, Rusiya da müəyyən tədbirlər görmək niyyətində olduğunu bildirib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Rusiya Avropa Birliyindən bitki məhsullarının idxalını tamamilə qadağan edə bilər.
Rusiyanın dövlət baytarlıq xidməti bildirib ki, Avropadan idxal olunan məhsullarda karantin şərtlərinə əməl olunmur.
Artıq avqustun 1-dən Ukraynadan günəbaxan, qarğıdalı, soya almaq yasaqlanacaq.
Gələn həftədən isə Rusiya ABŞ-dan toyuq ətinin idxalını qadağan edə bilər. Bunu “İnterfaks” agentliyi Rusiyanın dövlət baytarlıq xidmətinə istinadən xəbər yayıb.
Bundan başqa avqustun 4-dən etibarən Rusiya Yunanıstandan ixrac olunan meyvələrin alınmasını da dayandıracaq.