Pekinlə Moskva arasında təbii qaz sövdələşməsi baş tutmayıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, “Röyter” bildirib ki, razılaşdırılmayan müqavilə 400 milyard dollar dəyərində olub.
Mənbə hesab edir ki, bu anlaşma Krımı ilhaq və Ukraynanın şərqində təcavüzkarlıq etdiyi üçün məruz qaldığı siyasi və iqtisadi təcriddən Rusiyanı qorumalı idi.
Rusiya prezidenti Vladimir Putinin təmsilçisi Şanxayda bildirib ki, Kremlin başçısının Çinə səfəri zamanı tərəflər arasında təbii qazın qiymətində razılığa əldə edilməyib: “Ancaq Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçivəsində danışıqların davam etdiriləcəyini ümid edirik”.
Məlumata əsasən, Putinin Çinə səfərini nəticəsiz saymaq olmaz. Çünki rəsmi Pekin kremlin Ukraynadakı fəaliyyətini dəstəkləyib. Çinin sədri Si Tszinpinlə Rusiya prezidenti arasındakı görüşdən sonra qəbul edilən birgə kommünikedə Ukraynadakı gərginliyin dinc yolla həll olunması vurğulanıb.
Mənbə onu da xatırladıb ki, Krımı ilhaq etdiyi, Ukraynanın şərq vilayətlərində separatçılığı qızışdırdığı üçün dövlətlərin çoxu Rusiyanı suçlu bilir.