Monteneqro NATO üzvlüyünə rəsmi dəvət aldı
23 dekabr 2015 03:47 (UTC +04:00)

Monteneqro NATO üzvlüyünə rəsmi dəvət aldı

 Monteneqronun baş naziri və XİN rəhbəri İqor Lukşiç NATO-nun baş katibi Yens Stoltenberqdən ölkənin Alyansa üzv olması prosesinə başlaması ilə əlaqədar rəsmi dəvət məktubu  alıb APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Monteneqro XİN –i məlumat yayıb.   

 

“Müəyyən edilmiş prosedura uyğun olaraq, rəsmi dəvət məktubunu aldıqdan sonra bir neçə ay davam edəcək  üzvlük barədə danışıqların başlanması gözlənilir. Danışıqlar başa çatdıqdan sonra üzv dövlətlər Monteneqronun Alyansa üzv olması haqqında protokol imzalayacaqlar və ratifikasiya prosesinə start veriləcək. Protokol Monteneqroya NATO-nun bir çox sammitində iştirak etməyə imkan verəcək”, deyə Monteneqro hökumətinin rəsmi saytında dərc edilmiş məlumatda qeyd olunur.    

 

XİN məlumatında qeyd olunur ki, Monteneqro NATO-nun inteqrasiya proqramına uyğun olaraq üzərinə düşən bütün öhdəlikləri icra etməyə layiqincə davam etdirəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar