Monako şahzadəsi II Alberlə xanımı Şarlin Uittstok əkizləri Jak və Qabriella ilə birlikdə ailəvi fotolarını paylaşıblar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, knyaz və knyaginya öz Milad təqvimlərinin buraxılışı üçün fotokamera qarşısına keçiblər. Alberlə Şarlin ötən il obyektiv qarşısında tək dayansalar da, bu il onları artıq qızları və oğulları da müşayiət edib.
Knyaz ailəsi, hər zaman olduğu kimi, şıq geyimi ilə diqqət çəkib.