Moldova Avropa Birliyi ilə vizasız status əldə edib.
APA-nın xəbərinə görə, bu haqda Avropa Birliyinin Moskvadakı nümayəndəliyinin press-relizində bildirilir.
Müvafiq qərar Avropa Birliyinin beynəlxalq məsələlər Şurasının toplantısında qəbul edilib.
Beləliklə, 2014-cü ilin aprelin 28-dən biometrik pasportlara malik Moldova vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər.