Moldovanın keçmiş baş nazirinin evlərindən silah-sursat aşkarlandı
23 oktyabr 2015 02:37 (UTC +04:00)

Moldovanın keçmiş baş nazirinin evlərindən silah-sursat aşkarlandı

0

Moldovanın sabiq baş naziri, Liberal-Demokratik Partiyasının lideri Vladimir Filatın evlərində aparılan axtarış zamanı silah-sursat, qiymətli saatlar və bank kartları aşkarlanıb.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu prokuror Vitali Qaleru bildirib.

 

“İstintaq bahalı əşyaların, bank kartlarında olan vəsaitlərin əldə olunmasının qanuni olub-olmamasını yoxlayacaq”, deyə prokuror qeyd edib.  

 

Onun sözlərinə görə, yaxın zamanda bank hesablarından çıxarışlar, silah-sursatın saxlanmasına dair hüquqi sənədlərin doğruluğu yoxlanılacaq.  

 

Bundan əvvəl həbs edilmiş Moldovanın sabiq baş nazirinin evindən məxfi sənədlərin aşkarlandığı bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar