Moldovanın keçmiş baş naziri qəzaya uğradı
29 noyabr 2014 21:26 (UTC +04:00)

Moldovanın keçmiş baş naziri qəzaya uğradı

Moldovanın sabiq baş naziri Vladimir Filat qəzaya uğrayıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Moldova Liberal-Demokratik Partiyasının (MLDP)  mətbuat katibi Larisa Manole bildirib.  

 

“Salonunda MLDP sədri Vladimir Filatın olduğu avtomobil və onu müşayiət edən avtomobil yol-nəqliyyat hadisəsinin iştirakçısı olublar. Qəza Kişinyov-Leuşenı magistral yolda baş verib. Avtomobillər qarşı gələn nəqliyyat vasitəsi ilə toqquşub”, deyə Manole bildirib.

 

O qeyd edib ki, V.Filatın iki mühafizəçisi və onu müşayiət edən avtomobilin sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, bu gün Moldovada parlament seçkilərindən əvvəl sükut günüdür.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar