Moldovadan Dnestryanı seperatçıların Rusiyaya müraciətinə cavab
17 aprel 2014 11:32 (UTC +04:00)

Moldovadan Dnestryanı seperatçıların Rusiyaya müraciətinə cavab

Moldova hökuməti Dnestryanı bölgənin Rusiya Federasiyasına müraciəti ilə bağlı bəyanat verib.


 

Moldovanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, tanınmamış Dnestryanı respublikasının Ali sovetinin müraciəti Dnestryanı münaqişənin nizamlanması prosesinə və Moldovanın ərazi bütövlüyünə açıq təhdiddir.

 

Müraciətdə həmçinin vurğulanıb ki, Dnestryanı münaqişənin yeganə həlli yolu siyasi dialoqun davam etdirilməsindən keçir:  

 

“Moldova hökuməti bu dialoqun davam etdirilməsində maraqlıdır. Biz beynəlxalq tərəfdaşlarımızı Dnestryanı münaqişənin nizamlanmasının davamı üçün koordinasiya olunmuş səylər göstərməyə çağırırıq. Həmçinin Rusiyadakı tərəfdaşlarımızı beynəlxalq hüquq normalarına əsaslanaraq dərhal reaksiya verməyə çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar