Mitt Romni seçkilərdən imtina etdi
30 yanvar 2015 20:56 (UTC +04:00)

Mitt Romni seçkilərdən imtina etdi

0

ABŞ-da sabiq prezidentliyə namizəd, respublikaçı Mitt Romni növbəti seçkilərdə iştirak etməyəcək.

 

APA-nın Reuters agentliyinə istinadən məlumatına görə, bunu siyasətçinin özü bəyan edib.

 

“Qərara gəldim ki, prezident postuna növbəti namizəd partiyamızın digər liderlərindən biri olmalıdır”, deyə Romni bildirib.

 

Bundan əvvəl M.Romninin  prezidenti postuna namizədliyini irəli sürəcəyi barədə məlumatlar yayılmışdı. Hazırda isə mümkün namizədlər sırasında Hilları Klinton və Ceb Buşun adı çəkilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar