Dünyanın ən nəhəng İslam universitetlərindən birinin, Misirdəki Əl-Əzhər Universitetinin ilahiyyatçı –alimi, üləmalar şurasının təmsilçisi Mahmud Müxanni koronavirusun yayılması ilə əlaqədar Səudiyyə Ərəbistanındakı islam dinin müqəddəs yerlərinin ziyarətinin təxirə salınması təklifini irəli sürüb.
Lent.az-ın “nysuru”-ya istinadən məlumatına görə, din xadimi bildirib ki, əgər bu öldürücü virus Məkkə və Mədinə şəhərlərində də yayılarsa, o zaman həcc və ümrə ziyarətlərini təxirə salmaq daha məqsədəuyğun olar.
Mənbə xatırladıb ki, bir müddət öncə Misirin Səhiyyə Nazirliyi krallıqda yoluxucu xəstəliyin yayılmasını əsas göstərərək, vətəndaşlarına Səudiyyə Ərəbistanındakı ziyarətgahlara getməməyi məsləhət görmüşdü.