Misirli qanunsuz mühacirləri daşıyan gəmi batıb
20 iyul 2014 04:05 (UTC +04:00)

Misirli qanunsuz mühacirləri daşıyan gəmi batıb

0

Misirdən olan qanunsuz mühacirləri daşıyan gəmi Aralıq dənizində qəzaya uğrayıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, olay nəticəsində ölən və itkin düşənlərin sayı 56 nəfərdir.

 

Mənbə bildirib ki, Misirdən olan qanunsuz mühacirləri daşıyan balıqçı gəmisi aşıb. 12 nəfərin cəsədi tapılıb, 70-ə yaxın insan xilas edilib.

 

Axtarış-xilasetmə işlər davam etdirilir.

 

Cari həftə İtaliyaya sərhədini keçmək istəyən 67 qanunsuz mühacir sərhədçilər tərəfindən saxlanılıb. Onların 62 misirli, 4  Somalidən, biri isə suriyalı olub. Saxlanılanların hər biri biletə 3,5 min – 6 min dollar ödəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar