Misirin sələfi din xadimi kişinin həyat yoldaşına zor tətbiq etməsi halları ilə bağlı fitva verib .
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, sələfi din xadimi Yasir Bərhimi deyib ki, kişi öz xanımına yalnız onun və özünün həyatını xilas etmək naminə zor tətbiq edə bilər.
O, bunu soyğunçuya pul qabının məcburi olaraq verilməsi şəraitinə oxşadıb.
Yasir Bərhaiminin başqa bir fitvasına əsasən, kişi həyat yoldaşını başqa bir kişi ilə cinsi əlaqədə olduğunu görən zaman öldürə bilər.
Bərhimi bildirib ki, zinaya görə məhkəməyə müraciət edilməlidir və bu halda öldürmək yolverilməzdir.