Misir hakimiyyəti ölkənin şərqində yeni paytaxt salmaq niyyətindədir. Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bunu mənzil tikintisi naziri Mustafa Madbuli bildirib.
Nazir Şarm eş-Şeyxdə keçirilən konfransda paytaxtın tikintisi üzrə investisiya layihəsinin təqdimatı ilə çıxış edib. Madbuli bildirib ki, Misirin yeni paytaxtı Qahirədən 45 kilometr şərqdə səhralıqda salınacaq.
Hökumət bəyan edib ki, yeni paytaxtın yaradılması Qahirənin əhalisinin artması ilə əlaqədardır. Hazırda Qahirənin 20 milyon nəfər əhalisi var və 40 ildən sonra əhali sayının iki dəfə artacağı gözlənilir. Yeni paytaxtın tikintisinin ilkin mərhələsnin təxmini dəyəri 45 milyard dollar olacaq.