Misirin müdafiə naziri istefa verib - <span style="color:red;">YENİLƏNİB
27 mart 2014 09:44 (UTC +04:00)

Misirin müdafiə naziri istefa verib - YENİLƏNİB

Martın 26-da Misirin müdafiə naziri feldmarşal Əbdülfəttah əs-Sisi istefa verib.

 

Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, bu haqda Misirdə çıxan «əl-Əhram» qəzeti xəbər yayıb. Mənbə bildirib ki, əs-Sisi ali hərbi şuranın üzvləri ilə görüşdə qərarını açıqlayıb.

 

Onun istefa verməsinə səbəb prezident seçkisində iştirakı ilə bağlıdır.

 

Mənbə qeyd edib ki, sonuncu sosioloji sorğuların nəticələrinə əsasən, feldmarşalın nüfuzu xeyli azalıb. Bununla belə sorğunun nəticələrindən o da məlum olub ki, misirlilər əs-Sisini prezidentliyə yeganə ümidverici namizəd kimi görürlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar