Misirdən HƏMAS-a dair sərt qərar
28 fevral 2015 22:31 (UTC +04:00)

Misirdən HƏMAS-a dair sərt qərar

Təcili işlər üzrə Qahirə məhkəməsi Fələstinin HƏMAS hərəkatının terror təşkilatı kimi tanınmasına dair qərar verib.  APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  bundan əvvəl Britaniya hökuməti də HƏMAS-ın siyasi qolunun qadağan olunmuş təşkilatların siyahısına daxil edilməsi məsələsini gündəmə gətirmişdi.

 

Xatırladaq ki, yanvarda Misir məhkəməsi HƏMAS hərəkatının hərbi qolunu terror qruplaşmalarının siyahısına daxil edib.

 

HƏMAS hərəkatı Misirdə terror qruplaşması elan olunmuş  “Müsəlman qardaşlar” təşkilatı ilə əməkdaşlıq edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar