Misirdə təyyarənin qəzaya uğradığı yerdə uşaq meyiti tapıldı
04 noyabr 2015 22:31 (UTC +04:00)

Misirdə təyyarənin qəzaya uğradığı yerdə uşaq meyiti tapıldı

0

Rusiya xilasediciləri Misirdə qəzaya uğrayan sərnişin təyyarənin füzelyajına təkrar baxış keçirən zamanı oradan uşaq meyiti və ölənlərin  qalıqları aşkarlayıblar.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin  Sinaydakı əməliyyat qrupunu rəhbəri Aleksandr Aqafonov bildirib.

 

Aqafonovun sözlərinə görə, təyyarənin qeyd olunan fraqmenti bundan əvvəl xilasedicilər tərəfindən diqqətlə yoxlanılmayıb, çünki onunla qəzanın səbəblərini araşdıran misirli ekspertlər və Beynəlxalq Aviasiya Komitəsinin mütəxəssisləri məşğul olublar.     

 

Aqafonov axtarış işlərinə pilotsuz təyyarələrin cəlb ediləcəyini bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar