Misirdə terrorçu olduğu güman olunan 300 nəfər saxlanıldı
28 dekabr 2014 01:36 (UTC +04:00)

Misirdə terrorçu olduğu güman olunan 300 nəfər saxlanıldı

0

Misir hərbçiləri Sinay yarımadasında terror cinayətləri törətməkdə şübhəli bilinən 297 şəxsi saxlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Misir ordusu  komandanlığının bəyanatında deyilir.

 

Ordu nümayəndəsi Məhəmməd Samirin sözlərinə görə, antiterror əməliyyat dekabrın 24-dən 26-dək davam edib.  

 

Əməliyyat zamanı 1 terrorçu məhv edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar