Misirdə terror aktı: 9 ölü
12 noyabr 2015 07:15 (UTC +04:00)

Misirdə terror aktı: 9 ölü

0

Misirin Sinay yarımadasında törədilən terror aktı nəticəsində 9 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident noyabrın 12-ə keçən gecə Şimali Sinay əyalətinin inzibatı mərkəzi Əl-Əriş şəhərində qeydə alınıb.

 

Bir qrup naməlum silahlı əvvəl yaşayış evini atəşə tutub, sonra isə evin qarşısında minalanmış avtomobili partladıb.  Artıq məlumdur ki, ölənlərin əksəriyyəti bir ailənin üzvləridir. Onlardan ikisi 3 yaşınadək uşaqlardı.

 

İlkin ehtimallara görə, hücumun arxasında İŞİD-lə əlaqəli “Ənsər Beyt əl-Məkdis" qruplaşması durur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar