Bu gün Misirin Sinay vilayətində törədilmiş terror aktı nəticəsində 4 hərbçi həlak olub, daha 12 nəfər yaralanıb.
Virtualaz.org saytı xəbər verir ki, Əl-Ariş şəhərinin yaxınlığında hərbi zirehli maşın partladılıb.
Həlak olanların biri zabit, üçü isə əsgərdir.