Mayın 28-də Misirdə prezident seçkisinin üçüncü günü olacaq.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, səsvermənin müddətinin daha bir gün uzadılması ilə bağlı Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Xatırladaq ki, səsvermənin iki gün keçirilməsi nəzərdə tutulmuşdu.
Səsvermə bülletenində iki namizədin adı var – keçmiş müdafiə naziri Əbdül Fəttah əs –Sisi, o biri isə mülki inqilabçı düşərgənin təmsilçisi Həmidin Səbbahidir. O, 2012-ci ildə keçirilən prezident seçkisində üçüncü yeri tutmuşdu.