Misirdə sərnişin qatarı relsdən çıxdı:150 yaralı
11 fevral 2016 06:10 (UTC +04:00)

Misirdə sərnişin qatarı relsdən çıxdı:150 yaralı

0

Misirdə sərnişin qatarının qəzaya uğraması nəticəsində 150 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Asuan şəhərindən paytaxt Qahirəyə yollanan qatarın iki vaqonu relsdən çıxıb.

 

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış vaqonlardan sərnişinləri çıxarır.

 

Qəzanın təfsilatları barədə hələ ki, məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar