Misir tarixində ilk dəfə seksual qısnama cinayət sayılacaq.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda qanun qəbul edilib.
Müvəqqəti prezident Ədl Mənsur tərəfindən imzalanan bu sənədə əsasən cinayətin ağırlığından asılı olaraq, onu törədənlər 6 ayadək azadlıqdan məhrum ediləcək və ya 420 -700 dollar məbləğində cərimə olunacaq.
Əgər cinayətkar qısnama əməlini davam etdirərsə, o zaman cəza daha da sərtləşdiriləcək. Həmin cinayətkar 5 ilədək azadlıqdan məhrum ediləcək, yaxud 2800 – 7000 dollar məbləğində cərimə verəcək.