Misirdə qəza yerində yeni cəsədlər tapıldı
02 noyabr 2015 21:59 (UTC +04:00)

Misirdə qəza yerində yeni cəsədlər tapıldı

0

Rusiya xilasediciləri Misirdə “Airbus 321” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni cəsədlərin qalıqlarını tapıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN əməliyyat qrupunun rəhbəri Aleksandr Aqafonov bildirib.

 

Onun sözlərinə görə, təyyarənin qalıqları böyük ərazini əhatə edir, bu da onun səmada parçalanmasını təsdiqləyir.    

 

Davam edən axtarışlarda Rusiya FHN-in 80-dək əməkdaşı iştirak edir.

 

Bundan əvvəl qəza nəticəsində ölən 224 nəfərdən 171 nəfərin cəsədinin tapıldığı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar