Misir hakimiyyəti sulu qəlyan çəkilməsi üzrə çempionatı qadağan edib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, buna əsas kimi tənbəki çəkilməsinin yasaqlanması haqda beynəlxalq konvensiya göstərilib. Bundan başqa ölkənin Səhiyyə Nazirliyi tədbirin təşkilatçılarını məhkəməyə verməyi planlaşdırır.
Səhiyyə naziri Adil Adaui bildirib ki, belə yarışın təşkil edilməsi ilə Misirin də qoşulduğu uyğun beynəlxalq qanun pozulur.
2014-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, qəlyan 20 dəqiqdən 80 dəqiqəyədək çəkilir və bu zaman alınan tüstü yüzdən çox siqaretə bərabərdir.
Son zamanlar Qərbdə də qəlyan çəkənlərin sayı çoxalıb. Bəzi məlumatlara əsasən, hazırda dünyada yüz milyona yaxın insan qəlyan çəkir.