Misirdə 63 tələbəyə həbs cəzası verilib.
Lent.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, Qahirə Cəza Məhkəməsi iqtidara qarşı çıxan, aksiyalarda iştirak edən tələbələrin cəzalarını müəyyənləşdirib. 10 tələbə qız bir il, 53 tələbə oğlan isə 7 il azadlıqdan mərhum edilib.
Onların Əzhər Universitetinin tələbələri olduğu bildirilib.