Misir Qəzza zolağı ilə sərhəddə bufer zonası yaradır
29 oktyabr 2014 07:26 (UTC +04:00)

Misir Qəzza zolağı ilə sərhəddə bufer zonası yaradır

0

Misir hökuməti ölkənin şərqində, Qəzza zolağı ilə sərhəd boyu bufer zonası yaratmaq niyyətindədir. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, adlarının açıqlanmasını istəməyən hakimiyyət nümayəndələri bufer zonasının su ilə doldurulmuş  xəndəklərdən ibarət olacaq. Məlumata görə, bufer zonasının yaradılmasının əsas məqsədi tunellərin tikintisinə mane olmaqdır.  

 

Misir güc strukturları artıq bu ərazilərdən əhalini tezliklə köçürüləcəyi ilə bağlı xəbərdarlıq edib. Təşəbbüs Misir və Fələstin arasında silah qaçaqmalçılığın qarşısını almaq məqsədi ilə irəli sürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 701

Oxşar yazılar