Misir İsrailə yeni səfir göndərir
22 iyun 2015 04:25 (UTC +04:00)

Misir İsrailə yeni səfir göndərir

0

Misir XİN rəhbərinin köməkçisi Hazem Heyrət ölkənin İsraildəki yeni səfiri təyin edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o bu vəzifədə üç il geri çağırılan Atef Salamı əvəzləyəcək.   

 

Qeyd edək ki,  Atef Salam 2012-ci ildə prezident Məhəmməd Mursi tərəfindən Qahirəyə geri çağırılıb. Səfirin geri çağırılmasına səbəb İsrail ordusunun HƏMAS-ın nəzarətində olan Qəzza zolağında əməliyyat aparması olub. Atef Salam hazırda Kubaya yeni təyinat alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar