İŞİD terror qruplaşması İsrailin Misir ərazisindən (Sinay yarımadasından) atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Sinay yarımadasından İsrail ərazisinə raket zərbəsi endirilib. Partlayış nəticəsində nə dağıntı nə də xəsarət alan olmayıb.
Xatırladaq ki, son bir neçə gün ərzində Misir ordusu İŞİD silahlılarına qarşı irimiqyaslı hərbi əməliyyat keçirir.